AZ

Prezident İsrailin nəqliyyat nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevi qəbul edib.

Miri Reqev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrailin dövlət başçısına çatdırmağı xahiş edin.

Görüşdə Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmli olduğu qeyd edilib.

Miri Reqev COP29-un yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.

Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Seçilən
6
49
azpost.info

10Mənbələr