NATO-nun baş katibi Mark Rutte Ukrayna münaqişəsinin həlli yollarını danışmaq məqsədilə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşə bilər.
Musavat.com xəbər verir ki, "The Washington Post" qəzetinin məlumatına görə, Rutte yaxın vaxtlarda Trampın Mar-a-Laqo iqamətgahında danışıqlar aparmağı planlaşdırır.
Görüş zamanı Rutte Rusiyanın hərəkətlərini təşviq etməyəcək və Ukrayna üçün təhlükəsizlik təminatlarını əhatə edəcək ədalətli və uzunmüddətli sülhün vacibliyini vurğulayacaq.
Xatırladaq ki, Donald Tramp seçkilərdən sonra verdiyi açıqlamada Ukrayna münaqişəsinə tez bir zamanda son qoymaq istədiyini bildirmişdi.