AZ

Ləğv edilən qurumlar fəaliyyətini harada davam etdirəcəklər? - AÇIQLAMA

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilib.

 

Nazirlər Kabineti qurumların ləğv edilməsi ilə bağlı on gün müddətində zəruri tədbirlər görməli, publik hüquqi şəxslərin tərcümə və dövlət dilinin tətbiqi sahəsində funksiyalarının aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

 

AMEA prezidentinin müşaviri Möhsün Nağısoylu Modern.az-a bildirib ki, ləğv edilən qurumların fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən davam etdiriləcək:

 

“Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri vəzifəsində çalışırdı. Eləcə də Şahlar Məmmədov həmin şöbənin işçisi idi. Hazırda da Nəsimi adına Dilçilik İnstitutunda həmin şöbə fəaliyyət göstərir”.

 

Sərəncamda da qeyd olunur ki, Nazirlər Kabineti həmin işlərin müvafiq qurumlarda yerinə yetirilməsi ilə bağlı təkliflər hazırlayacaq:

 

“Düşünürəm ki, həmin işçilər işlərini AMEA-da davam etdirəcəklər. Bəzi işçilər başqa qurumlara da yönləndirilə bilər. Çünki o işçilərin hamısı AMEA-nın keçmiş işçiləri deyildilər".

Seçilən
1
modern.az

1Mənbələr