2024-cü ilin əvvəlindən oktyabr ayının sonuna kimi İran həbsxanalarında 817 məhkum edam edilib.
Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Məlumata görə, edamların 651-i oktyabr ayının əvvəlinə kimi icra olunub.
İnsan haqları təşkilatının "ölümcül ay" adlandırdığı oktyabr ayında isə 166 ölüm hökmü həyata keçirilib.
Hesabatın yayılmasından sonra İran həbsxanalarında daha 4 məhkum edam edilib.
Buna və onlarla şəxs barədə yeni edam qərarının çıxarılmasına görə də, 2024-cü ildəki edam sayının 2023-cü illə müqayisədə daha çox olacağı gözlənilir.
Qeyd edək ki, 2023-cü ildə İran həbsxanalarında 831 nəfər dar ağacında asılmışdı.
visiontv.az