7NEWS.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In ölkəsinin ən müasir silahlarının sərgiləndiyi müdafiə sərgisinin açılışında çıxış edib. Şimali Koreya lideri, "ABŞ ilə danışıqlarda hər vasitəni sınadıq, lakin bunun müqabilində Şimali Koreyaya qarşı dəyişməz işğalçı və düşməncəsinə bir yanaşma gördük" dedi. Kimin açıqlamaları Şimali Koreyadan ABŞ seçkiləri ilə bağlı səssiz qalan Donald Tramp administrasiyasına mesaj kimi şərh edilib, hökumətin dərc etdiyi fotolarda qitələrarası ballistik və hipersəs raketləri, həmçinin pilotsuz təyyarələr, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və tanklar var.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta