AZ

Biləsuvar İH-nin tenderi niyə ləğv olunub?

Biləsuvar rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin nəticəsi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, söhbət Biləsuvar şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsindən gedir.

İcra Hakimiyyəti bu məqsədlə 566.900,32 manat pul ayırsa da, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 7 Noyabr 2024 cü il tarixli AİBNDX/SQ-11978/2024 nömrəli məktubuna əsasən müsabiqə ləğv edilib. Səbəb isə “Dövlət satınalmaları haqqında” qanunun 36.1.2.-ci maddəsinin tələbinin pozulması olub. Yəni, müsabiqəyə təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmayıb.

Xatırladaq ki, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovdur.

Seçilən
43
4
tribunainfo.az

5Mənbələr