Azərbaycanlı FİFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin oyununa təyinat alıb.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
UEFA Gənclər Liqasının 5-ci turu çərçivəsində keçiriləcək “Şturm Qrats” (Avstriya) – “Jirona” (İspaniya) oyununun baş hakimi Kamal Umudlu olacaq.
Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını bolqarıstanlı Emil Ristoskov yerinə yetirəcək.
“Şturm Qrats” – “Jirona” oyunu noyabrın 27-də Sankt Veit an der Qlan şəhərində yerləşən “Cek Lemans Arena”da keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.