AZ

Ermənistan: ümüdsiz olsa da, silahlanır. Niyə?

Ermənistan böyük güc mərkəzlərinin geosiyasi maraqlarınınkəsişdiyi bir nöqtədə yerləşərək, son illərdə silahlı qüvvələrinigücləndirməyə yönəlmiş fəaliyyətlərini daha da artırıb. Bu prosesdəmüxtəlif məqsəd və motivasiyalara malik xarici tərəfdaşlar mühümrol oynayır. Məhdud resurslara baxmayaraq, Ermənistan ordusunundöyüş qabiliyyətini dəstəkləməyə imkan verən geniş silahtədarükçüləri şəbəkəsi qurmağa nail olub. Bəs bu silahlanma kimindəstəyi ilə baş verir və hansı məqsədlərə xidmət edir?

Ölkə silahlı qüvvələrini gücləndirmək və mövcud sosialproblemləri həll etmək arasında incə bir balansı qorumağa çalışır.Baş nazir Nikol Paşinyan hakimiyyəti Hindistandan müasirartilleriya texnikasının alınması ilə bağlı danışıqlar apararkənölkə daxilində hökumətin Azərbaycanı könüllü tərk edərəkErmənistana üz tutmuş ermənilərə verilən sosial ödənişləri azaltmaqqərarı geniş müzakirələrə səbəb olub. Bu hadisələr Ermənistanınxarici və daxili çağırışlar arasında tarazlıq tapmağa çalışarkənüzləşdiyi dərin ziddiyyətləri üzə çıxarır.

Hindistanın Indian Defence Research Wing (IDRW) nəşrininməlumatına görə, Ermənistan 78 ədəd çəkili ATAGS artilleriyasistemlərinin almaqdadır. Müqavilənin dəyəri hələ açıqlanmasa da,belə həssas məsələlərdə ətraflı məlumatın adətən gizli saxlanıldığıməlumdur. Böyük ehtimalla, danışıqlar hələ tamamlanmayıb – tərəfləryalnız texniki və maliyyə aspektlərini deyil, eyni zamanda bir çoxbeynəlxalq müqavilələrdə müşahidə olunan "dəstək haqqı" kimitanınan məsələləri də müzakirə edir.

Hindistan silahlarının alınması ilə bağlı qərar ciddi suallardoğurur. Azərbaycan dəfələrlə bəyan edib ki, milli təhlükəsizliyinətəhdid yarada biləcək hər hansı bir silah dərhal legitim hədəfəçevriləcək. Bu cür bəyanatlar ən yüksək tribunalardansəsləndirilərək, Azərbaycanın maraqlarını qorumaq üçün beynəlxalqhüquq çərçivəsində hərəkət etməyə hazır olduğunu nümayiş etdirir.Fəqət, görünür, Ermənistan rəhbərliyi bu mövqeyə kifayət qədərciddi yanaşmır.

Bu arada Ermənistanda N.Paşinyanın ölkədə məskunlaşmış qarabağlıermənilərə verilən sosial ödənişləri azaltmaq qərarı ciddinarazılıqlara səbəb olub. Əvvəllər hər bir ehtiyac sahibinə verilənaylıq 50 min dram məbləğində yardım aprel ayından etibarən yalnızməhdud kateqoriyalara şamil ediləcək. Yardımları yalnız birinci vəikinci qrup əlillər, uşaqlar, təqaüdçülər, eləcə də ailə başçısınıitirməyə görə ödəniş alan şəxslər ala biləcəklər. Digər qarabağlıermənilərsə alternativ gəlir mənbələri axtarmalı olacaqlar.Üstəlik, qalan ödənişlər də tədricən azaldılacaq: apreldən iyunadəkməbləğ 40 min drama (təxminən 103 ABŞ dolları), dekabr ayına qədərisə cəmi 30 min drama (təxminən 77 ABŞ dolları) endiriləcək.

Hökumətin bu qərarı geniş tənqidlərə səbəb olub. Xankəndidəkikeçmiş terrorçu xuntanın "sabiq ombudsmanı" Geqam Stepanyannarazılığını gizlətməyib. Onun sözlərinə görə, hökumət bu qərarıköçkünlərin fikrini nəzərə almadan qəbul edib. O, hətta ritoriksual verib: "Xalqın adından danışmaq hüququnu bu naməlum şəxslərəkim verib?" Stepanyan hökumətin bu addımlarını "evindən məhrumolmuş ermənilərin maraqlarına xəyanət" adlandırıb.

Bu hadisələr fonunda əsas sual yaranır: prioritetlər düzgünmüəyyən edilibmi? Bir tərəfdən Ermənistan müdafiəsini gücləndirməyəçalışır, ənənəvi rus tədarüklərini Hindistan və digər ölkələrləəməkdaşlıqla əvəz edir. Digər tərəfdən, ölkə daxilində sosialproqramların ixtisarları və əhalinin ən həssas təbəqələrinədəstəyin çatışmazlığı ilə bağlı narazılıq artır. Evini itirmişməcburi köçkünlər sual edirlər: bahalı hərbi müqavilələrə görəonların rifahı niyə qurban verilir?

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI)məlumatına əsasən, 2010-2020-ci illər arasında Ermənistanın idxaletdiyi bütün silahların 90%-dən çoxu Rusiyadan gətirilib. Ancaq 44günlük İkinci Qarabağ müharibəsindən sonra Moskva ilə İrəvanarasındakı münasibətlər soyuyub. Rusiya bölgədə yeni eskalasiyalarasəbəb ola biləcəyindən ehtiyat edərək, hərbi yardım göstərməkdədaha ehtiyatlı davranmağa başlayıb. Buna baxmayaraq, o,Ermənistanın müdafiə məsələlərində əsas tərəfdaş olaraq qalır.

Rusiya ilə münasibətlərin soyuması fonunda Ermənistan yenitərəfdaşlar axtarmağa başlayıb. Belə tərəfdaşlardan biri də sonillərdə beynəlxalq arenada mövqeyini gücləndirən Hindistandır.2022-ci ildə İrəvan Dehli ilə 250 milyon dollarlıq müqaviləimzalayıb. Bu müqavilə çərçivəsində Ermənistan Pinaka yaylım atəşsistemləri, Swathi radarları və digər hərbi avadanlıq əldə edib.Hindistan üçün bu müqavilə, xüsusilə Azərbaycanın Pakistanla olanmüttəfiqliyini nəzərə alaraq, Cənubi Qafqazda təsirini artırmaqüçün mühüm bir addım olub.

Ermənistanın silahlanmasında mühüm rol oynayan ölkələrdən biri,şübhəsiz ki, də Fransadır. Beynəlxalq arenada İrəvanı tam və total,açıq şəkildə dəstəkləyən Fransa hərbi əməkdaşlığı fəal şəkildəgenişləndirir. Fransız şirkətləri Ermənistana atıcı silahlar vəkəşfiyyat avadanlıqları tədarük edir. Son iki ildə bu tədarüklərinhəcmi 50 milyon avronu keçib. Fransa hökumətinin Ermənistanı hərbidəstəklə yanaşı, siyasi baxımdan da dəstəkləməsi, bölgədə İrəvanınmövqelərinin güclənməsinə xidmət edir. Rəsmi Paris ErmənistanıTürkiyə və Azərbaycanın təsirinə qarşı dayana biləcək stratejitərəfdaş kimi görür.

Bununla yanaşı, Ermənistanın silahlanmasında İrandan gələndəstək də diqqət mərkəzindədir. Rəsmi olaraq neytral mövqe bəyanedən İran, əslində regional rəqabət kontekstində Ermənistanıdəstəkləyir. Müstəqil mənbələrin məlumatına görə, İran üzərindənpilotsuz uçuş aparatları və hərbi texnika üçün ehtiyat hissələridəfələrlə Ermənistana göndərilib. Bu tədarüklər adətən beynəlxalqictimaiyyətin gözündən yayındırılaraq dolayı kanallar vasitəsiləhəyata keçirilir.

Ermənistanın hərbi təchizatında “boz sxemlər” də xüsusiəhəmiyyət kəsb edir. Üçüncü ölkələr vasitəsilə silah alınmasıİrəvana məhdudiyyətlərdən yan keçməyə və hərbi tədarüklərinşəffaflığını qorumağa imkan verir. Məsələn, 2023-cü ildə ŞərqiAvropadan atıcı silahların Gürcüstan üzərindən qaçaqmalçılıq yoluilə daşınması halları qeydə alınıb. Belə sxemlər adətən hər ilvətənlərinə yüz milyonlarla dollar göndərən erməni diasporutərəfindən maliyyələşdirilir. Bu vəsaitlər hərbi texnikanınalınması və cüt təyinatlı infrastrukturun modernləşdirilməsi üçünistifadə olunur.

Ermənistanın hərbi xərclərinin maliyyələşdirilməsində xariciqrantlar və kreditlər də böyük rol oynayır. Məsələn, Avropaİttifaqı Ermənistana infrastruktur layihələri üçün əhəmiyyətliməbləğdə maliyyə vəsaiti ayırır. 2023-cü ildə İrəvan təxminən 2,6milyard avro maliyyə yardımı alıb ki, bu vəsaitin əhəmiyyətlihissəsi təhlükəsizliklə bağlı proqramlara yönəldilib. Bundan əlavə,Çin texnologiyaların alınması üçün Ermənistana sərfəli kreditlərtəklif edərək, hərbi əməkdaşlıq üçün yeni perspektivlər açır.

Rusiyanın Ermənistana silah tədarükündəki aktivliyininazalmasından sonra İrəvan digər ölkələrə müraciət etməyə başlayıb.Bu ölkələrdən biri də Fransadır. 2023-cü ildə Ermənistan və Fransaarasında yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiəsistemlərinin alınmasını nəzərdə tutan mühüm bir müqaviləimzalanıb. Bu, Ermənistanla Fransa arasında hərbi sahədə imzalananilk iri müqavilədir.

Eyni zamanda, 2023-cü ildə Ermənistana Fransanın "Bastion" tiplizirehli transportyorlarının çatdırılması başlayıb. Bu tədarüklərAzərbaycanın kəskin tənqidinə səbəb olub, çünki onlar bölgədəgərginliyi artırır. Fransa Ermənistana dəstək verməklə, CənubiQafqazda öz təsirini gücləndirməyə çalışır. Təbii ki, belə müdaxiləregional təhlükəsizliyə olan riskləri daha da artırır.

Son illərdə Ermənistanın müdafiə büdcəsi əhəmiyyətli dərəcədəartıb. Əgər 2023-cü ildə bu büdcə 1,3 milyard dollar təşkiledirdisə, 2024-cü ildə 1,4 milyard dollara yüksəlib. Bu vəsaitlərordunun modernləşdirilməsinə və yeni silahların alınmasınayönəldilir.

Ermənistanın hərbi tədarük üçün ənənəvi tərəfdaşı olan Rusiyailə münasibətlərin soyuması, ölkəni alternativ tərəfdaşlaraxtarmağa məcbur edib. Hindistanla əməkdaşlıq çərçivəsində reaktivyaylım atəşi sistemləri "Pinaka", "Konkurs" tank əleyhinə raketkompleksləri və müasir minaatanlar əldə edilib. 2023-cü ildə yeniHindistan silahlarının Ermənistana İran üzərindən çatdırılmağabaşlaması, xüsusilə Azərbaycanı narahat edib.

Ermənistanın müxtəlif tərəfdaşlarla əməkdaşlıq edərək hərbigücünü artırmaq cəhdləri, bölgədə gərginliyi daha da artırır vətəhlükəsizlik mühitini mürəkkəbləşdirir. Bu prosesdə Fransanınsiyasi və hərbi dəstəyi, İranın isə kölgə oyunları xüsusi yertutur.

2020-ci ildə Ermənistana idxal olunan silahların 96%-ni təminedən Rusiya, 2024-cü ilə qədər bu göstəricini 10%-dən aşağıendirib. Bununla yanaşı, Hindistan və Fransa Ermənistanın əsassilah tədarükçüləri sırasında önə çıxıb, İran isə əsas qeyri-rəsmitərəfdaş rolunu oynamağa başlayıb. Ermənistanın silahlanmastrategiyasında bu dəyişikliklər, ölkənin yeni tərəfdaşlar və silahmənbələri axtarışında geopolitik gərginliklərin ortasındaçabaladığını göstərir. Məzkur strategiya reallıqdan nə qədəruzaqdır? Ermənistanın xarici müttəfiqlər axtarışında atdığıaddımlar onu sabitliyə aparacaq, yoxsa qlobal siyasi oyunda kiçikbir piyadaya çevirəcək?

Bir zamanlar Ermənistanın əsas silah tədarükçüsü olan Rusiya,artıq öz prioritetlərini dəyişib. KTMT çərçivəsindəki ittifaqmünasibətləri və güzəştli kreditlərə əsaslanan köhnə əməkdaşlıq,indi rəsmi səviyyədəki protokol təbəssümlərinə çevrilib. Moskva, özdaxili problemləri ilə məşğul olduğu üçün İrəvanı daha azprioritetli tərəfdaş kimi qəbul edir. Köhnə müqavilələr əsasındahəyata keçirilən son tədarüklər, daha çox keçmiş əməkdaşlığıninersiyasını əks etdirir. Ermənistan isə Rusiyanın siyasətindənməyus olaraq, yeni tərəfdaşlar tapmağa çalışır. Lakin bu yol ölkənisabitliyə aparacaqmı?

Hindistanın Ermənistana tərəfdaşlıq təklifi gözlənilməz olsa da,strateji baxımdan sabit deyil. Hindistandan alınan yaylım atəşsistemləri və artilleriya ilk baxışdan ümidverici görünür:Ermənistanda keçirilən sınaqlar müsbət nəticələr verib, hərbidairələr tərəfindən yüksək qiymətləndirilib. Reallıq isə budur ki,Hindistan Ermənistan üçün strateji müttəfiqdən çox, müvəqqətitədarükçüdür. Rəsmi Dehli üçün Ermənistan, Azərbaycan və Pakistanarasındakı alyansa qarşı bir alət olaraq görünür. Hindistanın özmaraqları fonunda bu əməkdaşlıq Ermənistanı güclü tərəfdaş kimideyil, sadəcə başqa bir vasitə kimi göstərir.

Fransaya gəldikdə o, Ermənistanın həm hərbi, həm də siyasibaxımdan dəstəklənməsində mühüm rol oynayır. Paris ErmənistanıCənubi Qafqazda Türkiyə və Azərbaycanın təsirinə qarşı istifadəedilə biləcək "uyğun tərəfdaş" olaraq görür. 2023-cü ildə FransanınErmənistana zirehli texnika və hava hücumundan müdafiə sistemlərigöndərməsi, bu əməkdaşlığı daha da möhkəmləndirdi. Fransa üçünErmənistan strateji müttəfiq deyil, yalnız regional maraqlarıqorumaq üçün bir vasitədir. Tarix göstərir ki, Fransatərəfdaşlarını öz maraqlarına uyğun istifadə edir və nəticələrəgörə məsuliyyəti onların üzərinə qoyur.

Ermənistanın müdafiə xərclərinin artması ölkənin daxiliproblemləri ilə ziddiyyət təşkil edir. 2023-cü ildə 1,3 milyarddollar olan müdafiə büdcəsi 2024-cü ildə 1,4 milyard dollarayüksəlib. Bu vəsait əsasən hərbi modernləşməyə və yeni texnikanınalınmasına sərf olunur. Lakin ölkənin sosial və iqtisadiproblemlərinin həll edilməməsi, ictimaiyyətin dövlətə olanetimadını daha da zəiflədir.

Azərbaycan Ermənistanın silahlanmasına qarşı öz mövqeyinidəfələrlə bəyan edib: hər hansı bir təhdid yaradan silahlar dərhallegitim hədəfə çevriləcək. Bu mövqe beynəlxalq hüquq çərçivəsindətəsdiqlənib və Bakının öz maraqlarını qorumaq üçün qətiyyətininümayiş etdirir. Ermənistanın isə bu reallığı nəzərə almaması, onuntəhlükəsizlik strategiyasını daha da mürəkkəbləşdirir.

Ermənistanın silahlanma strategiyası daha çox böhranlı vəziyyətiidarə etməyə çalışmaq təsiri bağışlayır. Xarici müttəfiqlərə belbağlamaq və hərbi texnika tədarükü üçün milyonlarla dollarxərcləmək, ölkənin daxili zəifliklərini kompensasiya etmir. Əksinə,bu addımlar Ermənistanda daxili narazılıqları artırır, cəmiyyətinhökumətə olan inamını sarsıdır və ölkəni regional təhlükəsizlikmühitində daha zəif mövqeyə salır.

Beləliklə, Ermənistanın qarşısında duran əsas sual budur: xaricidəstəklərə bel bağlamaqla silahlanma yarışı ölkəni sabitliyəaparacaq, yoxsa onu daha böyük xaosa sürükləyəcək? Cavab hələ dəaçıq qalır. Beynəlxalq ictimaiyyət, adət etdiyi kimi, CənubiQafqazda baş verən eskalasiyaları uzaqdan izləmək mövqeyiniqoruyur. Qərb ölkələri Ermənistana dəstək göstərməkdə davam edir,lakin bu "militarizasiya çeki" bölgədə yeni gərginlik dalğasına yolaçır. Münaqişənin həllinə cəhd göstərilmədən verilən dəstək köməkyox, bəlaya birbaşa təşviqdir. Bu vəziyyətdə Cənubi Qafqaz, qlobalgüc mərkəzlərinin maraqları ilə daha da qızışdırılan növbəti qaynarnöqtəyə çevrilmək təhlükəsi ilə üz-üzədir. Ermənistan Rusiyadəstəyini itirdikdən sonra yeni müttəfiqlər tapmağa çalışır.Hindistan, Fransa və İranla əməkdaşlıq yalnız onun hərbipotensialını artırmır, eyni zamanda bölgədəki tarazlığı pozur. Buəməkdaşlıqlar Ermənistanın hərbi imkanlarını genişləndirsə də,bölgədə gərginliyi daha da dərinləşdirir. Hərbi modernləşmə adı iləatılan bu addımlar, Ermənistana qarşı sanksiyalar və qətiyyətlimövqelər ilə çıxış edən Azərbaycanın reaksiyasını gücləndirir.

Qərb ölkələrinin Ermənistanı dəstəkləməsi onların öz maraqlarınıtəmin etmək məqsədinə xidmət edir. Həmin dəstək, münaqişəninhəllinə töhfə vermədən, yalnız hərbi qarşıdurma riskini artırır.Belə yanaşma, Cənubi Qafqazı dayanıqlı sülhə deyil, yeni birmüharibə dalğasına yaxınlaşdırır. Beynəlxalq güclərin münaqişətərəflərini silahlandırması, regionu destabilizasiya etməkləyanaşı, onların öz nüfuzlarına da xələl gətirir.

Ermənistan bu gün iki yoldan birini seçməlidir: ya hərbi gücyığaraq başqalarının maraqlarının vasitəsinə çevrilmək, ya dadaxili sabitliyini təmin etmək və münaqişənin diplomatik həllinəyönəlmək. Bu silahlanma yarışı Ermənistanı yalnız iqtisadiçətinliklərə və siyasi təcridə gətirib çıxarır. Gözlə görünən odurki, hazırkı kurs Ermənistanı "daha böyük problemə" doğrusürükləyir.

Dövlətin əsl gücü, nə qədər haubitsaya sahib olması ilə deyil,vətəndaşların sosial rifahını qorumaq və qonşu dövlətlərləmünasibətlərini tənzimləmək qabiliyyəti ilə ölçülür. Amma bu günİrəvanın seçdiyi yol, ölkəni münaqişələrin həllindən uzaqlaşdıraraqyeni bir çıxılmaz vəziyyətə sürükləyir. Nə qədər dərin getsələr,geri dönüş bir o qədər çətin olacaq.

Ermənistanın indiki siyasəti yalnız özü üçün deyil, bütövlükdəCənubi Qafqaz üçün təhlükə yaradır. Beynəlxalq güclərin bölgədəkigərginliklərdən faydalanmaq cəhdləri vəziyyəti daha damürəkkəbləşdirir. Ancaq əgər region dövlətləri daxili problemlərinihəll edərək, qarşılıqlı anlaşma ilə əməkdaşlığa üstünlük versələr,uzunmüddətli sülh mümkün ola bilər. Ermənistana bu seçimi etməkimkanı hələ də qalır, amma zaman sürətlə tükənir.

Seçilən
24
3
az.trend.az

4Mənbələr