AZ

"Ukrayna dairəsi”ndə yeni layihə hazırlanıb - RƏSMİ

Bakı. Trend:

"Ukrayna dairəsi”ndə yol hərəkətinin təkmilləşdirilməsiməqsədilə yeni layihə hazırlanıb.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi(AYNA) məlumat yayıb.

Bildirilib ki, AYNA tərəfindən ərazidə yol infrastrukturu,küçə-yol şəbəkəsi və nəqliyyat axını təhlil edilib. Həmin kəsişməüçün ən optimal həll üsulu kimi turbo tipli dairənin inşası nəzərdətutulub. Təklif layihəsi Nəqliyyatı Əlaqələndirmə Şurasında müvafiqqaydada təsdiq edilib:

"Təklif edilən turbo tipli dairə ölkəmiz üçün nizamlanmayanmürəkkəb yol kəsişmələrində yeni bir yanaşma, müasir həll yoluhesab edilir.

Hazırda dairənin standartlara uyğun olmaması burada bir sıranəqliyyat problemlərinə səbəb olur. Belə ki, dairənin giriş-çıxışsaylarının 2 və ya 3 hərəkət zolağından ibarət olmasına baxmayaraq,dairənin daxilində bu, 6, 7 bəzi hallarda isə 8 zolaqdan ibarətdir.Bu da dairədə tıxac hallarından daha çox təhlükəsizlik səviyyəsininaşağı düşməsinə səbəb olur.

Yeni layihəyə əsasən, Məhəmməd Hadi küçəsindən Vunq Tauküçəsinə, həmçinin Neapol və Aşıq Ələsgər küçələrindən MəhəmmədHadi küçəsinə dairəyə daxil olmadan birbaşa sağa hərəkət etməkolacaq. Dairədə hərəkət 3 zolağa bölünəcək. Həmçinin yolkəsişmələrində piyada təhlükəsizliyinin təmin olunması üçün səkisahələri və eynisəviyyəli piyada keçidləri təşkil ediləcək".

"Layihə həyata keçirildikdən sonra:

  • münaqişəli nöqtələr minimuma endirilərək təhlükəsizlik təminolunacaq;
  • dairənin buraxılış qabiliyyəti artırılacaq;
  • hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq;
  • piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.

Bundan başqa, layihə çərçivəsində təhlükəsizliyin təmin edilməsiməqsədilə hərəkətin kanallaşdırılması, zəruri olan yol nişanları vənişanlanma xətlərinin təşkili də nəzərdə tutulub",- deyə qurumdanəlavə edilib.

Qeyd edilib ki, bu tip dairələr nəqliyyat sahəsində inkişafetmiş bir çox Avropa ölkələrində, xüsusilə Almaniya, Norveç,Niderland kimi ölkələrdə də geniş istifadə olunur.

Layihə simulyasiya edilib. Simulyasiyanı təqdim edirik: https://www.youtube.com/watch?v=Ijs0fNtw9-E

Məqalədə:
Seçilən
30
46
az.trend.az

10Mənbələr