AZ

Aleksandr Vulin: “Bayden Trampın Ukraynadakı münaqişəni həll etməsinə mane olmaq istəyir”

ABŞ prezidenti Bayden administrasiyası Rusiya ərazisini vurmaq üçün Amerika raketlərinin istifadəsinə icazə vermək qərarına gəlib. Bu qərar, Donald Trampın Ukraynadakı münaqişəni həll etməsinə mane olmaq üçün qəsdən verilib.

KONKRET.az TASS-a istinadən  xəbər verir ki, bunu Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin deyib: “ Bu, son 100 ildə bəlkə də ən mühüm qərardır və  biz nüvə müharibəsi astanasındayıq. Bu, sistemli şəkildə, bilərəkdən edilib, çünki münaqişə başlayandan sonra köhnə üsullara qayıtmaq mümkün olmayacaq. Onlar Trampın dediklərini qarşısını almaq istəyirlər: Üçüncü dünya müharibəsinin nə vaxt başlayacağı sualı artıq çoxdan qaldırılmır. Yeganə sual onun nüvə münaqişəsinə çevrilməsindədir ”, deyə  Serbiya baş nazirinin müavini vurğulayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
23
konkret.az

1Mənbələr