AZ

Şirvanda ana və qızı HƏBS EDİLDİ

Şirvan şəhərində ictimai yerdə dava-dalaş salmış qadınlar həbs edilib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Şirvan Şəhər Məhkəməsinin hökmü ilə şəhər sakini 1962-ci il təvəllüdlü Tamilla Məmmədova və qızı 1986-cı il təvəllüdlü Ülviyyə Məmmədova (şərti soyadlar) xuliqanlıq əməlində təqsirli bilinib. 

T.Məmmədovaya 2 il, qızına isə 2 il 6 ay həbs cəzası verilib. Onlar noyabrın 18-də məhkəmə zalında həbs ediliblər. 
 

Bildirilib ki, Ü.Məmmədova bir müddət əvvəl 15 yaşlı qızı Şəbnəmin (şərti) Cavid adlı şəxslə intim münasibətdə olmasını öyrənib. Onlar məsələ ilə bağlı polisə müraciət ediblər və araşdırmalara başlanılıb, həmçinin Cavid adlı şəxs tutulub. 


Ülviyyə və anası yeniyetmə qızı evdə sorğu-sual edərkən Şəbnəm Ləman və Fəridə adlı qızların onu əxlaqsızlığa cəlb etdiklərini deyib. Bundan sonra tərəflər arasındakı münasibətlər kəskinləşib. Ülviyyə anası ilə birgə qızının rəfiqələrinə Şəbnəmlə əlaqə saxlamalarını qadağan edib. 

Hadisə baş verən gün isə Ü.Məmmədova və anası Tamilla Ləmanın polis şöbəsindən çıxdığını görüblər. Onlar əsəbi halda Ləmana hücum edərək döyüblər, saçını yolublar. 

Bundan sonra ana və qızı barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. 

Bizim.Media

Seçilən
4
19
bizim.media

10Mənbələr