AZ

Şuşaya həsr olunmuş virtual sərgilərin təqdimatı keçirilib

Noyabrın 22-də Milli Kitabxanada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Şuşa əl işləri”, “Şuşa məişət əşyaları”, “Şuşa zərgərlik məmulatları”, “Şuşa milli geyimləri” adlı virtual sərgilərin təqdimatı keçirilib.

Kitabxanadan Kulis.az-a bildirilib ki, virtual sərgilərdə Şuşaya məxsus XIX əsrə aid tikmə nümunələri, geyim mədəniyyəti, sənətkarların hazırladığı zərgərlik nümunələri, əhalinin istifadə etdiyi məişət əşyaları, onun təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.

Virtual sərgilərlə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_el_isleri/index.htm, http://anl.az/el/vsb/Susa_milli_geyimleri/index.htm, http://anl.az/el/vsb/Susa_meiset_esyalari/index.htm, http://anl.az/el/vsb/Susa_zergerlik_memulatlari/index.htm, linklərindən istifadə edə bilərlər.

Qeyd edək ki, Şuşa təkcə özünün coğrafi gözəlliyi və siyasi mərkəz olması ilə deyil, həm də mənəvi irsimizin nümunələrini özündə əks etdirməsi ilə tarixi və mədəni əhəmiyyətə malikdir. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq üslubu və memarlığı, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamın beşiyi, Qarabağın dilbər guşəsi sayılan Şuşa, həqiqətən özü boyda tarixi abidədir.

Seçilən
22
kulis.az

1Mənbələr