AZ

Deputat: “Fransanın planları bu dəfə də puç oldu” » AzadMedia.az


“Hələ COP29 başlamamışdan öncə bəzi dövlətlər ölkəmizə gəlməməklə bağlı çağırışlar edirdilər. Təbii ki, həmin dövlətlərin arasında Fransa öndə dayanırdı.

Bir sözlə, siyasi meydanda uduzmuş ölkələr bu tədbiri boykot etməyə çalışsalar da, mənfur planları baş tutmadı. Bütün bunlara baxmayaraq, COP29 yüksək səviyyədə keçirildi”Bu fikirləri AzadMedia.az-a açıqlamasında deputat Cavanşir Feyziyev bildirib.

Onun sözlərinə görə, COP29-da iştirak etmək üçün 196 ölkədən 70 mindən çox ölkəmizə səfər edib:

“COP29 dövlət başçılarının tədbiri deyil, COP29 bütün dünyanın tədbiridir. Burada planetin, ekologiyanın gələcəyindən söhbət gedir. Ona görə də Fransanın qərəzli bəyanatlarının əhəmiyyəti yoxdur. Atılan addımlar sadəcə Azərbaycanın ev sahibliyinə kölgə salmaq cəhdidir”.

Seçilən
9
1
azadmedia.az

2Mənbələr