AZ

Qarsdan olan biznesmenlər Azərbaycana səfər edəcək

Qars Ticarət və Sənaye Palatası, regional ticarətin və investisiya imkanlarının inkişafı məqsədilə mühüm bir addım atır. 26-30 noyabr 2024-cü il tarixləri arasında keçiriləcək Bakı işgüzar səfəri ilə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi hədəflənir.

Təşkilatdan verilən məlumata gör, İdarə Heyətinin sədri Kadir Bozanın rəhbərliyi ilə 18 iş adamından ibarət heyət, Bakıda Azərbaycan iş dünyasının nümayəndələri ilə görüşəcək: “Bu strateji səfər çərçivəsində Qarsın ticarət potensialı, investisiya imkanları, yerli məhsulları və güclü iqtisadi quruluşu təqdim olunacaq”.
Heyət, Bakıda keçiriləcək görüşlər və müzakirələr vasitəsilə Azərbaycan iş dünyasının Qarsa investisiya etməsi üçün yeni qapılar açmağa çalışacaq. Eyni zamanda, Bakının investisiya mühiti dəyərləndiriləcək və iki şəhər arasında davamlı əməkdaşlıqların qurulması əsas hədəflərdən biridir.

Bakı-Tbilisi-Qars Dəmiryolu Xətti ilə Yeni Üfüqlər

Heyət, Bakı ilə Qarsı strateji olaraq birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) Dəmiryolu Xəttinin iki şəhər arasında ticarət və turizm potensialını artırmadakı rolunu da dəyərləndirəcək. Xüsusilə bu xəttin logistik xərcləri azaldaraq bölgədəki ticarəti daha rəqabətli hala gətirdiyi vurğulanacaq.
BTQ Dəmiryolu yalnız Qars və Bakı arasında məhsul axınını sürətləndirmir, həm də Avropa ilə Asiyanı birləşdirən bu xətt vasitəsilə turizm sektorunda yeni əməkdaşlıq imkanları yaradır. Heyət, bu potensialın həm ticarət, həm də turizm layihələri ilə daha da inkişaf etdirilməsi üçün təkliflər irəli sürəcək.

İqtisadi Əməkdaşlıqlar Müzakirə Olunacaq

Heyət, Bakıda müxtəlif sektorlardan olan investorlarla görüşərək kənd təsərrüfatı, heyvandarlıq, logistika və turizm kimi sahələrdə ortaq layihə imkanlarını müzakirə edəcək. Xüsusilə Qarsın coğrafi işarəli məhsulları arasında olan qravye pendiri və qaz əti kimi yerli ləzzətlərin beynəlxalq bazarlara çıxarılması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçiriləcək. Bundan başqa, Bakının müasir sənaye bölgələri və logistik infrastrukturu araşdırılaraq qarşılıqlı ticarət həcminin artırılmasına yönəlik addımlar atılacaq.

İki Şəhər Arasında Ticarət Körpüsü

İdarə Heyətinin sədri Kadir Bozan səfərlə bağlı bunları bildirib: “Bakı və Qars arasında uzun müddətdir gözlənilən ticari əməkdaşlığı həyata keçirmək üçün həyəcanlıyıq. Məqsədimiz yalnız iki şəhər deyil, iki ölkə arasında da möhkəm bir ticarət körpüsü qurmaqdır. Bakı-Tbilisi-Qars Dəmiryolu Xətti kimi strateji layihələrlə bu hədəfi daha da irəliyə daşımağı planlaşdırırıq. Qarsın iqtisadi vizyonunu Bakıya təqdim edərkən, Bakının investisiya potensialını bölgəmizə qazandırmaq üçün də bir fürsət əldə edəcəyik.”

Medianın Marağı Böyükdür

Azərbaycanın milli və yerli media orqanlarının da yaxından izləyəcəyi bu səfər, Qars və Bakı arasındakı ticari əlaqələrin gücləndirilməsində tarixi bir addım kimi qiymətləndirilir. İş dünyasının aparıcı nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək bu təşkilat, yalnız iqtisadi deyil, mədəni əlaqələrin də möhkəmlənməsinə şərait yaradacaq.
Səfər sonrası ediləcək dəyərləndirmələr işığında, Qars və Bakı arasında yeni iş əlaqələrinin qurulması, ticarət həcminin artırılması və ortaq layihələrin həyata keçirilməsi gözlənilir.

Seçilən
5
4
azpost.info

5Mənbələr