AZ

Gürcüstanda Prezident ilə parlament arasında nifaq - qərar verildi

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Gürcüstanda yeni parlamentin fəaliyyətə başlayacağı tarix Prezidenti iştirakı olmadan müəyyənləşdirilib.

Spiker vəzifəsini icra edən Şalva Papuaşvili bildirib ki, XI çağırış parlamentinin ilk iclası noyabrın 25-də keçiriləcək və gələn həftənin sonuna qədər hökumətin tərkibi təsdiqlənəcək.

Papuaşvili brifinqdəki çıxışında deyib: "Prezident Salome Zurabişvili parlamentin səlahiyyətlərinin tanınacağı iclasın tarixini təyin etməyib. Konstitusiyaya əsasən, ilk iclas Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinin nəticələrini elan etməsindən sonra keçən on gündən gec olmayaraq keçirilməlidir. Biz Konstitusiyanın tələblərinə əməl edirik və noyabrın 25-də ilk iclasımızı keçirəcəyik".

Gürcüstan parlamentinə seçilmiş 150 deputatdan 61 nəfəri 4 müxalifət partiyasından seçilib və onlar deputat mandatlarını götürməkdən imtina ediblər. Müxalifət təmsilçiləri seçkilərin nəticələrinin saxtalaşdırdığını iddia edərək, yenidən seçkilərin keçirilməsini tələb edirlər.

Müxalifət noyabrın 25-də parlament binasının qarşısında etiraz aksiyası keçirməyə çalışır.

Hürr Tərcüman

Seçilən
0
hurriyyet.az

1Mənbələr