İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı bir neçə icmanın təxliyəsi barədə göstəriş verib.
Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Nəşr İsrail ordusunun sözçüsü Aviçai Edrinin ərəb dilində verdiyi bəyanata istinad edərək, Livanın cənubundakı üç icmanın sakinlərini İsrailin yaşadıqları ərazilərə hücumu ərəfəsində təxliyə etmələri barədə xəbərdarlıq edib. "Hizbullahın fəaliyyəti İDF-ni qəti addımlar atmağa məcbur edir və biz sizə zərər vermək niyyətində deyilik; təhlükəsizliyiniz üçün siz dərhal evlərinizi tərk etməli və Avali çayının şimalına doğru hərəkət etməlisiniz", - hərbi sözçünün bəyanatında deyilir.
Oxuməni.az