AZ

"Boss Group” MMC 8 min manatədək cərimələnə bilər

"Boss Group” MMC informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Media haqqında qanunvericiliyin pozulması) inzibati xəta üzrə cərimə oluna bilər.

FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi ilə iddası ilə irəli potokol sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsinə görə  audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun icraatındadır.

Seçilən
13
fed.az

1Mənbələr