AZ

“Azərbaycanlı tələbələrin şüarlarında ekstremizm olmayıb”- Rusiya İstintaq Komitəsi

Rusiyanın İstintaq Komitəsi Rusiya Federasiyası yanında Maliyyə universitetinin azərbaycanlı tələbələrinin şüarlarında ekstremizm faktları aşkar etməyib.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko açıqlayıb. 

“Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin müstəntiqi tərcüməçi ilə birlikdə yuxarıda qeyd edilən hərəkətlərin əks olunduğu videoyazıları araşdırıb. Gənclərin sözlərində ekstremist xarakterli çağırışlar aşkar edilməyib. Həmin şəxslər qanunazidd hərəkət etmədikləri ilə əlaqədar olaraq istintaq müvafiq prosessual qərar qəbul edəcək”, - deyə məlumatda bildirilib. 

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrin Rusiya seqmentində Moskva universitetlərindən birində əllərində Azərbaycan bayrağı olan tələbələrin guya qanunazidd şüarlar səsləndirməsini əks etdirən görüntülər yayılıb. Rusiyanın İstintaq Komitəsi məsələ ilə bağlı cinayət işi başladıb. Hazırda isə müstəntiqlər internetdə həqiqətə uyğun olmayan məlumatları yayanların müəyyən edilməsi üzrə araşdırma aparır.

Seçilən
13
1
oxu24.com

10Mənbələr