AZ

"Yaşamayacaq" deyilən uşaq böyüyüb həkim oldu

İzmir Ege Universitetində vaxtından əvvəl dünyaya gələn və həkimlərin sağ qalmayacağını söylədiyi Fayize Maden Bedel həkim olub.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bedel uşaq genetik xəstəlikləri mütəxəssisi olaraq körpələrə həyat verməyə başlayıb.
 
Bedel:
 
\"Bir çox həyata toxunmaq, \"öləcək, yaşamayacaq\" problemlərinin olduğu deyilən körpələrin həyatına toxuna bilmək təsviri mümkün olmayan bir hissdir\"-, deyə bildirib.
 
38 yaşlı, 1 uşaq anası olan Bedel, anasının hamiləliyinin 24-cü həftəsindən bəri erkən \"membran yırtığı\" diaqnozu ilə xəstəxanaya yerləşdirilib . Doğuşdan sonra neonatal reanimasiya şöbəsində müalicə olunub. 
 
Digər tərəfdən sarılıq keçirən Bedelə iki dəfə qan köçürülüb. Bu arada çəkisi 2 kilodan 1 kilo 600 qrama düşən Bedel üçün \"Bu uşaq çox yaşamayacaq, yaşasa da balaca və problemli körpə olacaq\" deyilib.
 
Evdən çıxdıqdan sonra mütəmadi olaraq pediatr tərəfindən izlənilməsi tövsiyə edildiyindən, Mütəxəssis Dr. Aysel Öztürkün yanına aparıldığını bildirən Bedel:
 
\"Anamı və bütün ailəmi sakitləşdirən mənim tibb müəllimim olub, mənim haqqımda ailəmə bu uşaq yaşayacaq, çox dözümlü bir uşaq olacaq deyib. Tibbə daxil olmaq xəyalım idi. Daxil olduqdan sonra isə mənim həyatımı xilas edən həkim, müəllimim oldu. Ona çox şey borcluyam\".
 
Oksana
Seçilən
14
azxeber.com

1Mənbələr