İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) balansında olan 12 avtonəqliyyat vasitəsini açıq hərraca çıxarır.

İndex.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hərrac dekabrın 26-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ASCO-nun hesabına beh ödəməlidir.