Türkiyədə qadın yaşadığı evdə öldürülüb.
News24.az xəbər verir ki, Leyla Ürenin yaşadığı mənzildən gələn səs-küydən sonra qonşuları vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər.
Xəbər üzərinə gələn qruplar qadını evdə qanlar içində tapıblar.
Müayinə zamanı boğazından xəsarət alan qadının öldüyü müəyyən edilib.
Onu da qeyd edək ki, qadını öldürən şübhəli polis tərəfindən saxlanılıb.
Günel Məlikzadə