AZ

Bundesver Rusiya ilə müharibə vəziyyəti üçün plan hazırlayıb

Bundesver Rusiya ilə müharibə vəziyyəti üçün plan hazırlayıb

Almaniya Silahlı Qüvvələri (Bundesver) Rusiya ilə hərbi toqquşma olacağı təqdirdə gizli plan hazırlayıb. AFN.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti məlumat yayıb.Nəşrin yazdığına görə, Almaniya əməliyyatı üçün 1000 səhifəlik planda xüsusi mühafizəyə layiq olan bütün infrastruktur obyektləri sadalanır, həmçinin müdafiə ilə bağlı prosedurlar və ya NATO-nun şərq cinahında Rusiyanı cilovlamaq üçün tədbirlər var. Planda qeyd edilir ki, bu halda Almaniya şərqə köçürülən on minlərlə, bəlkə də yüz minlərlə əsgərin cəmləşdiyi mərkəzə çevriləcək, həmçinin hərbi texnika, ərzaq məhsulları və dərmanlar burada toplanacaq.İl ərzində Almaniya hərbçiləri Rusiya ilə guya beş ildən sonra baş verə biləcək hərbi münaqişəyə hazırlaşmağın zəruriliyini dəfələrlə bəyan ediblər. Xüsusən də müdafiə naziri Boris Pistorius bunu bir neçə dəfə bəyan edib. İyul ayında "Bild" qəzeti xəbər vermişdi ki, Bundesver NATO qoşunlarının alyansın şərq cəbhəsinə köçürülməsi zərurəti yarandığı halda hərbi və mülki hakimiyyət orqanlarının hərəkət kursunu əks etdirən gizli plan hazırlayıb.

Seçilən
23
afn.az

1Mənbələr