Emin noyabrın 14-də “Football-plus.az”a açıqlamasında 7-10 gün sonra məşqlərə qoşula biləcəyini demişdi. Həmin vaxtın yetişdiyini nəzərə alıb “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıya bu sualla müraciət etdik: Eminin son durumu necədi? Məşqlərə qoşulubmu?
Klub rəsmisinin cavabı:
“Andre Şinyaşiki, Azər Salahlı və Emin Mahmudov zədəlidi. Hər üçünün müalicəsi davam edir. Hələ tam sağalmayıblar. 14-cü turun “Neftçi” – “Zirə” matçını buraxacaqlar”.
KƏNAN BAHADIR