AZ

“Bərpa-quruculuq işləri yüksək səviyyədə həyata keçirilir“ - POLİTOLOQ

“2020-ci il noyabr ayının 10-da birgə bəyanatın imzalanmasından sonra Kəlbəcər, Laçın və Ağdam ermənilər tərəfindən Azərbaycana qaytarıldı. Əzəli Azərbaycan torpağı olan Kəlbəcərin də ölkəmizin nəzarətinə keçməsindən sonra digər ərazilərimizdə olduğu kimi burada da bərpa-quruculuq işlərinə start verildi. Nəzərə almaq lazımdır ki, Kəlbəcər ərazisinə görə Azərbaycanın ən böyük rayonlarından biridir və iqtisadi potensialına görə də, ciddi resurslara sahib ərazimizdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, effektiv məskunlaşmanı həyata keçirmək üçün lazım olan bərpa-quruculuq işləri yüksək səviyyədə həyata keçirilir: “İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlər birbaşa olaraq ölkə başçısı İlham Əliyevin nəzarəti altındadır. Ötən dörd il ərzində dövlət başçısı tarixi torpaqlarımıza tez-tez səfərlər etmiş, görülən işlərlə yaxından tanış olmuşdur.
Kəlbəcərdə də mühüm infrastruktur işlər görülür. Xüsusilə Kəbəcərdə “İstisu” zavodunun açılması mühüm hadisədir.

İşğaldan azad edilən ərazilərin iqtisadi potensialı milli iqtisadi inkişaf dövriyyəsinə qatıldıqca Azərbaycan iqtisadiyyatının inkişafında özünü göstərəcəkdir.
Kəlbəcərlə Laçın arasında effektiv kommunikasiya əlaqəsi də qurulur. Gələcəkdə bu istiqamətdə daha səmərəli təhlükəsizliyin təşkilini təmin edəcək.
İşğaldan azad etdiyimiz ərazilər dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
28
1
sia.az

2Mənbələr