Almaniyanın keçmiş kansleri Angela Merkelin yayımlanan xatirələri maraq obyekti olub.
Sfera.az bildirir ki, “Freiheit” (Azadlıq) adlı kitab noyabrın 26-da oxuculara təqdim ediləcək.
Merkel burada ABŞ-də Demokratların namizədi Kamala Harrisi dəstəklədiyini qeyd edib. O, Harrisin seçkilərdə qələbə qazanacağını düşünürmüş. “Onun rəqibinə qarşı seçkiləri qazanmasını və ABŞ-nin ilk qadın prezidenti olmasını çox istəyirdim”, - Merkel kitabında qeyd edib. O, xatirələrində bir çox liderlə görüşlərindən də bəhs edib.
Keçmiş kansler 2008-ci ildə Ukraynanın NATO üzvlüyünə qarşı çıxmasının səbəbini də kitaba daxil edib. “Mən həmişə düşünmüşəm ki, Ukrayna və Gürcüstana MAP statusu (üzvlükdən öncə status) vermək və onları Putindən qorumaq tamamilə xəyaldır. Bu, həqiqətən, bir yuxu idi”, - Merkel bildirib.
Qeyd edək ki, Merkel hakimiyyəti dövründə Putinə qarşı kifayət qədər sərt olmadığı üçün tənqid edilirdi.
Günay