İngiltərə Baş Qərargah rəisinin müavini general-leytenant Rob Maqovan Rusiyanın Şərqi Avropanı işğal edəcəyi təqdirdə onları alqışlayacaqlarını bəyan edərək, “İngiltərə ordusundan bu gecə döyüşmək istənilsə, bu gecə döyüşəcəyik” deyib.
Böyük Britaniyanın müdafiə naziri Con Hili və general-leytenant Maqovan Britaniya parlamentində Müdafiə Komitəsinin üzvlərinin Rusiya-Ukrayna müharibəsi və müharibənin coğrafiyasının genişlənmə ehtimalı ilə bağlı suallarını cavablandırıblar.
Ölkə.az xəbər verir ki, Rusiyanın Şərqi Avropaya təhdidləri ilə bağlı sualı cavablandıran general-leytenant Maqovan deyib: "İngilis ordusundan bu gecə döyüşmək istənsə, bu gecə döyüşəcəyik. Əgər ruslar bu gecə Şərqi Avropanı işğal etməyə başlayarsa, onlar ön cəbhədə bizimlə qarşılaşacaq”.
Nazir Hili isə qeyd edib ki, onlar artıq orada - Estoniyadadırlar.
Mürtəza
Ölkə.Az