AZ

Yolayrıcında QƏZA:biri tez tərpəndi, o biri sarıda keçdi - FOTO

Paytaxtın Füzuli və Bülbül küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində "Hyundai" və "Kia" markalı avtomobillər toqquşub. Belə ki, Bülbül prospektində svetoforda dayanan "Hyundai" markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığı yanmadan hərəkətə başlayıb. Eyni zamanda "Kia" sürücüsü də sarı işıqda yolayrıcına daxil olub. Nəticədə qəza baş verib.

Təəssüf ki, sürücülər bir saniyə qabağa düşmək üçün bu addımı atırlar. Dəfələrlə bildirilib ki, yolayrıcına daxil olan zaman orada avtomobilinin olub-olmadığına diqqət etmək lazımdır. Həmçinin son saniyələrdə yolayrıcına girmək bu cür qəzalara səbəb olur.

Fotoları təqdim edirik:

Könül Rauf

 

FOTO QALEREYA
Seçilən
40
avtosfer.az

1Mənbələr