AZ

Azərbaycanda tipi təsdiq edilmiş ölçmə vasitələrinin sayı 10 % artıb

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 760 ölçmə vasitəsinin tipini təsdiq edib. SİA xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.

"Ölçmələrin vəhdətinin etibarlı təminatı insan həyatının və sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi, eləcə də dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsinə töhfə verir", - deyə M.Abbasbəyli qeyd edib.

Seçilən
10
2
sia.az

3Mənbələr