Ağ Evdə çevriliş olub. ABŞ-ın yol üstündə olan prezidenti Co Bayden səriştəsizdir və Ukraynanın Qərb silahlarını Rusiyanın dərinliklərinə endirmək qərarı onun deyil, onun ətrafındakılar tərəfindən verilib. Bunu təqaüddə olan dəniz piyadası, kəşfiyyatçı və amerikalı hərbi analitik Skott Ritter amerikalı teleaparıcı və bloger Endryu Napolitanoya müsahibəsində deyib.
“Gəlin bunun baş verdiyi vaxta baxaq, məsələ çox maraqlıdır. Xatırlayırsıznızmı, Bayden administrasiyası artıq sentyabr ayında bu ssenarini rədd etmişdi. Bunun səbəbini isə Lloyd Austin açıq şəkildə bildirdi ki, bu silah hadisələrin gedişatını dəyişməyəcək, onun döyüş meydanında baş verənlərə təsir etmək imkanı yoxdur. Və bu müharibəyə son qoymağın yeganə yolu ukraynalıları və rusları danışıqlar masası arxasına oturmağa və atəşkəs haqqında razılığa gəlməyə məcbur etməkdir. Daha bir şey var idi - bu silahlardan istifadə etsəniz, ABŞ-ı nüvə müharibəsinə apara biləcək yola itələyirsiniz. Beləliklə, Bayden administrasiyası müdrikcəsinə dedi ki, biz buna qarışmaq istəmirik. İndi nə dəyişdi? İndi bunu edirlər, niyə? Cavab 5 noyabrdır. Bu, bizim qarşılaşdığımız maraqlı konstitusiya problemidir.
Çünki bizdə prezidentlik kampaniyası var idi ki, orada qalib gələn namizəd Ukraynadan çıxmağı müdafiə edirdi, Rusiya ilə nüvə qarşıdurmasını istəmirdi və NATO-nun ABŞ xarici siyasətinə təsirini məhdudlaşdırmaq istəyirdi. İndi bizdə o prezident administrasiyası var ki, xalqın seçkilərdə istədiklərinin tam əksinə hərəkət edir. Onlar bunu hansısa təhlükəyə cavab verməli olduqları üçün etmirlər. Bu qərar əvvəlki siyasi qərarlara ziddir. Sual yaranır, bunu kim edir? Doğrudanmı ABŞ prezidenti bu qərarları verir? Belə bir rəy var ki, bu insan davranış qabiliyyətlərində mürəkkəb qərarlar qəbul edə bilmir. Belə çıxır ki, bu, Toni Blinken, Ceyk Sallivan və başqaları tərəfindən həyata keçirilən dövlət çevrilişidir”, deyə Skott Ritter bildirib.
Ülviyyə, Hurriyyet.az