Şahzadə Harri Milad bayramını Meqan Marksız keçirəcək.
OLAY “Radar Online” nəşrinə istinadən yazır ki, III Karlzın kiçik oğlu Milad bayramını tək qeyd etmək qərarına gəlib.
Eyni zamanda, o, dəvət olunanların onunla şəxsən ünsiyyət qura və “Harri ilə daha yaxından tanış ola biləcəkləri” görüş təşkil edəcək.
Tədbir Meqansız baş tutacaq.
Bütün bunlar isə cütlüyün münasibətlərinin heç də yaxşı olmadığına dəlalət edir.
Xatırladaq ki, bir müddət əvvəl Harri və Meqan ayrı-ayrılıqda ictimaiyyət qarşısına çıxmağa başladılar. Əvvəlcə annonin mənbələr bunun sadəcə onların reputasiyalarını yaxşılaşdırmağa kömək edəcək bir strategiya olduğunu iddia edirdilər. Ancaq getdikcə daha aydın olur ki, həyat yoldaşları üçün işlər yaxşı getmir və məsələ ayrılıqla sona çata bilər.