AZ

Qərargah rəisi: Azərbaycan-Gürcüstan dövlət sərhədi etibarlı şəkildə mühafizə olunur

Dövlət sərhədinin toxunulmazlığı ən vacib məsələdir.
 
Bunu “Qazax” Əlahiddə sərhəd diviziyasının sərhəd komendantlığının qərargah rəisi, baş leytenant Qoşqar Behbudzadə deyib. Qərargah rəisi vurğulayıb ki, sərhədlərin qorunması daimi sərhədçilərin ciddi nəzarətindədir: "Azərbaycan-Gürcüstan dövlət sərhədi etibarlı şəkildə mühafizə olunur".
 
Qeyd olunub ki, sərhəd qoşunlarının yüksək peşəkar personal heyəti, sərhəddə, çətin şəraitdə gecəgörmə cihazları, müasir dron vasitələri, eləcə də son nəsil texnoloji vasitlərdən istifadə etməklə çətin şəraitdə dövlət sərhədini mühafizəsini və müdafiəsini həyata keçirir:"Eyni zamanda bizdə "KS-205" sistemləri mövcuddur. Həmin sistemlər vasitəsilə çətin relyefdə bütün sərhəd pozucuları vaxtında aşkar olunur və yaxalanması həyata keçirilir".
 
Dövlət sərhədinin toxunulmazlığının Azərbaycan Dövləti üçün ən vacib məsələlərdən biri olduğunu diqqətə çatdıran sərhədçi zabit sərhədlərin daim ciddi nəzarətdə olduğunu vurğulayıb.
 
DSX zabiti hansı halda odlu silah tətbiq olunması barədə suala cavab olaraq deyib ki, sərhəd pozucularına qarşı odlu silah son zəruri halda tətbiq olunur: “Bu hallar hüquq mühafizə orqanlarının təlimatına uyğun tənzimlənir. Sərhəd pozucuları dövlət sərhədini pozmağa cəhd göstərdikdə, sərhədçilərə silahlı müqavimət olduqda və digər təhlükəli hallarda sərhəd naryadı tərəfindən qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq silah tətbiq olunur".(APA)
Seçilən
25
moderator.az

1Mənbələr