“Barselona”nın vingeri Lamin Yamal klubu ilə yeni müqavilə imzalayacaq.
Apasport.az “Barca Universal”-a istinadən xəbər verir ki, 17 yaşlı futbolçu ilə hazırkı müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub, lakin Kataloniya klubu bunu sadəcə formallıq hesab edir.
Yamalın müqaviləsi futbolçunun 18 yaşı tamam olanda, 6 il müddətinə uzadılacaq. Artıq tərəflər müqavilənin şərtləri ilə bağlı kompromis əldə ediblər. Təzminatın məbləği 1 milyard avro olacaq.
İspaniyalı futbolçu cari mövsümdə 16 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə edib.
"Qarabağ"ın rəqibində maliyyə böhranı: 6 futbolçu satılacaq
"Yuventus"da növbəti ayrılıq
Jorjinyo "Beşiktaş"ın hədəfində
Levandovskinin durumuna aydınlıq gəldi
"Bavariya"da ciddi itki