AZ

Savaşın və qasırğanın stressi Moskvanı qarışdırdı: Putin pozitiv olmağa çalışsa da...

Ötən gün Rusiya Prezidenti Vladimir Putin xalq müraciət edərək bildirdi ki, düşmənin Qərbin uzaqmənzilli raketləri ilə Rusiyaya hücum etməsi xüsusi hərbi əməliyyatın gedişinə təsir edə bilməz.
Yəni ki, hələ də uğur bizim tərəfimizdədir.
Bu gün isə müharibənin 1003-cü günü Rusiya ordusunun itkiləri haqda məlumatın yenilənməsi onu göstərir ki, Putinin pozitiv olmasına, və yaxud, xalqına pozitivlik ötürməsinə ehtiyac yoxdur. Çünki, Rusiya böyük bir itki ilə üz-üzədir.
Ukrayna Baş Qərargahı məlumat yayıb ki, Rusiya indiyə qədər 728 300 hərbçi, 9 399 ədəd tank, 19 156 ədəd zirehli döyüş maşını, 20 736 ədəd artilleriya sistemi, 1 254 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1004 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 29 777 ədəd avtomobil texnikası, 19 260 ədəd PUA, 2 764 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 675 xüsusi avadanlıq itirib.

Olayların bu həddə gəlməsi azmış kimi Rusiyanın köməyə çağırdığı Şimali Koreya ordusuna da ağır zərbə vurulubb. Pxenyanın Rusiyaya göndərdiyi 12 min əsgərin artıq Ukrayna cəbhəsində döyüşlərdə iştirakı sosial şəbəkələrdə ilk koreyalı əsgərin meyidinin paylaşılması ilə bir daha təsdiqini tapdı.
Baxmayaraq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Oreşnik” ballistik raketinin Ukraynanın Dnepropetrovsk şəhərindəki Yujmaş zavodunu vurması anını əks etdirən video yayımlayıb, amma  bu hücum da Rusiyanın "pozitiv"liyini gerçəkləşdirə bilmir.

 
El arasında qədim bir misal var: Deyərlər ki, azar gələndə batmanla gələr, çıxanda misqal-misqal çıxar. Hazırda Rusiya azarın batmanla gələn dönəmindədir. Beləki, Moskvada güclü tufan və leysan yağışı nəticəsində ilkin məlumatlara görə, iki nəfər ölüb, 10 nəfər yaralanıb. Kifayət qədər dağıntı olduğu sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılır.

TASS xəbər verir ki, sutka ərzində Moskvaya düşən yağıntının miqdarının aylıq normadan artıq olub:"Moskvada son 24 saat ərzində VDNX baza meteoroloji stansiyasında 23 millimetr yağıntı düşüb ki, bu da bütün aylıq normanın 44%-ni təşkil edir. Moskva vilayətinə isə aylıq normanın 102 faizi qədər yağıntı düşüb”.
Sonuncu dəfə belə dəhşətli bir tufan bu ilin iyun ayında Moskvanı lərzəyə gətirmişdi.

Tufanla bağlı videonu təqdim edirik:

Əntiqə Rəşid

 

Seçilən
10
adalet.az

1Mənbələr