AZ

Hakan Fidan fələstinli həmkarı ilə danışdı

Türkiyə xarici işlər naziri Hakan Fidan Fələstinin Baş naziri və xarici işlər naziri Məhəmməd Mustafa ilə telefon danışığında Qəzzada atəşkəsə nail olmaq üçün göstərilən səyləri dəyərləndirib.

"Cebheinfo.az" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Hakan Fidan Fələstin Baş naziri və xarici işlər naziri Məhəmməd Mustafa ilə telefon danışığında Qəzza və İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə edib.

Görüşdə atəşkəsə nail olmaq üçün göstərilən səylərin qiymətləndirildiyini və Fələstinli qruplar arasında uzlaşmanın vacibliyinə toxunan Hakan Fidan bu mövzuda davam edən prosesin Türkiyə tərəfindən dəstəkləndiyini vurğulayıb.

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr