AZ

COP29 artıq digər COP-lar üçün yeni standart sayıla bilər - Malini Mehra

“Deyə bilərəm ki, hiss etdiyiniz qürur tamamilə haqq edilib. Çünki bu, həqiqətən də qeyri-adi bir COP olub. Bu, son deyil. Bu, başlanğıcdır. Bu, 10 ay ərzində təşkil edilmiş bir tədbirin sonudur və onu elə bir yüksək səviyyədə keçirdiniz ki, məncə, COP-lar üçün yeni bir standart sayıla bilər. Buna heç bir şübhə yoxdur və bunu bir çox aspektdən izah edə bilərəm. Bu bir başlanğıcdır. Çünki bu, Azərbaycanın “yetkinlik dövrünə çatması” və “özünü dünyaya təqdim etməsi” kimidir. Çünki dünyanın əksər hissəsi Azərbaycanı tanımır. Onlar nə xalqınızı, nə tarixinizi, nə də sizin bu qədər bacarıqlı qadınlarınızın olduğunu bilmirlər. Bu COP-da onların bir çoxu diqqət mərkəzində olub. COP sizin bacarıqlarınızı, ambisiyalarınızı və iş görmə qabiliyyətinizi dünya səhnəsinə çıxardı.”

Bu fikirləri “GLOBE International” şirkətinin baş direktoru Malini Mehra Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən “Gələcəyin qurulması: Azərbaycanda və dünyada keçirilən COP29-un irsi” adlı keçirilən tədbirdə bildirib.

Sizə cəmi 10 ay vaxt verilmişdi və siz bu tədbiri inanılmaz şəkildə həyata keçirirsiniz

Malini Mehra qeyd edib ki, sizin tədbirləri təşkil etməkdəki mükəmməlliyiniz Azərbaycanı yeni bir kateqoriyaya salacaq: “Bu, Azərbaycanı yeni bir ixrac sənayesinə aparacaq. Məncə, növbəti COP-lar və böyük tədbirlər niyə buradan işçi cəlb etməsin ki? Çünki siz ən çətin başlanğıca sahibsiniz. Siz gözlənilməz bir seçim oldunuz. Mən özüm də Dubayda tədbirdə idim, heç kim gözləmirdi ki, COP28-in son saatlarında Azərbaycan öz namizədliyini irəli sürəcək və illərlə rəqibi olan ölkədən dəstək alacaq. Sizə cəmi 10 ay vaxt verilmişdi və siz bunu inanılmaz şəkildə həyata keçirdiniz. Bu, yalnız hökumətin səyi deyil, bütün sahələrin səfərbər olması idi. Amma bunun bütün cəmiyyətin səfərbərliyinə çevrilməsi gərəkir. Bu “bütün cəmiyyət” səfərbərliyi üçün Bakı İqlim Fəaliyyəti Həftəsi kimi təşəbbüslər var. Mən Mubarak Bəradeyin rəhbərliyi ilə yüksək səviyyəli nümayəndəliyin üzvü olaraq burada iştirak etməkdən çox qürur duydum.”

“GLOBE International” şirkətinin baş direktoru vurğulayıb ki, bu tədbir hər kəsi bir araya gətirir: “Bu COP-da baş verən bir çox yenilik arasında ən yaxşı gözə çarpan bir şey könüllülərin rolu oldu.Buradakı gənclər üçün bu tədbir onların həyatında dəyişiklik yaradacaq bir hadisə olacaq. Bu, tarix kitablarınızda oxuyacağınız, sizə ilham verən bir dönüş nöqtəsidir. Çünki mən də 20 yaşlarımda universitetdə tələbə ikən Rioda keçirilən Yer Sammitində könüllü idim və bu mənim həyatıma,qərarlarıma çox təsir etdi. Mən ilk dəfə könüllüləri Pekində görmüşdüm. Çoxunuz bunu xatırlamaya bilərsiniz, amma 1995-ci ildə Çin ilk böyük hökumətlərarası tədbirini keçirdi. Bu, Qadınlar üzrə Dördüncü Dünya Konfransı idi və Çin ilk dəfə dünyaya qapılarını açırdı. O zaman Çində vəziyyət tamamilə fərqli idi. Ancaq indi vəziyyət çox dəyişib və Azərbaycan bu sahədə çox irəli gedib. Könüllülər məsələsinə gəldikdə, onu da deyim ki, burada gənclər dünyaya çıxış əldə etdi. Formula 1 əladır,Bakı Enerji Həftəsi ,Bakı İqlim həftəsi  kimi tədbirlər əladır ,ancaq könüllülərin burada əldə etdikləri tamam fərqlidir. Çünki bu bir BMT tədbiridir. Gənclər indi bütün ölkələrdən olan insanlarla danışmaq şansı əldə etdilər və bu, onların ambisiyalarını artırıb.

Malini Mehra son olaraq diqqətə çatdırıb ki, COP29- un fərqli detalları barədə danışmaq istəyirəm: “Azərbaycan nümayəndə heyəti bu il 2200-dən çox insanı əhatə etdi. Çünki ev sahibi idi. Adətən COP-larda ev sahiblərinin nümayəndə heyətlərinin orta sayı 6 -dan çox olmurdu.Bu, nə qədər böyük bir öyrənmə həvəsinin olduğunu göstərir. Burada hər kəs bu çağırışa cavab verdi. Həmçinin, bu COP-u fərqləndirən qida ilə bağlı xırda detallar var idi. Mən qida məntəqələrində çox diqqətli yanaşmanın şahidi oldum.”

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
9
ikisahil.az

1Mənbələr