AZ

Azərbaycan, Farer adaları, Andorra, Cəbəllütariq, Lixtenşteyn – “DOQQUZLUQ”

19 və 17 yaşadək futbolçular arasında AVRO-2025-in birinci seçmə mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycanın U-19 və U-17 milliləri AVRO-2025-ə vəsiqə uğrunda mübarizəni qələbəsiz dayandırıblar.

Düzdür, U-19 ikinci mərhələyə vəsiqə qazanmadığı üçün mövsümü bitiribsə, U-17-ni qarşıda püşkatma növbəti, daha çox təsəlli xarakterli matçlar gözləyir. Amma yığmamız AVRO-2025-ə vəsiqə şansını itirən digər komandalarla B liqasında çıxış edəcək.

1-ci seçmə mərhələdə 6 oyun keçirən yığmalarımız qələbəyə həsrət qalıblar. Hər iki komandanın qazancı son turdakı heç-heçə olub.

Mübarizəyə qoşulan 54 ölkəyə nəzər salsaq, yalnız 9-nun komandaları qələbə əldə etməyiblər. Azərbaycan kimi Farer adaları, Ermənistan, Moldova, Andorra, San Marino, Cəbəllütariq, Lixtenşteyn və Rumıniyanın da 1-ci seçmə mərhələdə qələbəsi olmayıb. Amma sonuncuların digərlərindən fərqli bir komandası çıxış edib. Buna səbəb Rumıniyanın U-19-ların yarışında final mərhələsinə ev sahibi kimi qatılmasıdır.

Qeyd edək ki, Azərbaycanın U-19 yığması İslandiya (0:2), İrlandiya (0:4) və Moldova (2:2), U-17 millisi Macarıstan (0:4), Yunanıstan (0:3) və Rumıniya (1:1) ilə qarşılaşıb.

İdman.biz

Seçilən
11
idman.biz

1Mənbələr