Qubada yol nəqliyyat hadisəsi baş verib.
Milli.Az unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, "BMW" markalı minik avtomobili ilə "VAZ-2107" toqquşub.
Nəticədə "VAZ-2107"-nin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)