AZ

Dövlət orqanları sığorta xidmətləri alır – TENDERLƏR, MƏBLƏĞLƏR, SİYAHI

Azərbaycanda dövlət qurumları və təşkilatları noyabr ayı ərzində müxtəlif sığorta xidmətləri üzrə satınalmalar elan ediblər.

Sığorta tenderlərini kimlər udur? - ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR - SİYAHI

FED.az xəbər verir ki, buraya daşınmaz və danışan əmlakların sığortası, işçilərin tibbi sığortası və sair aiddir. Maraqlıdırki, dövlət qurumlarının sığorta elanları arasında işçilərin istehsalatda bədbəxt hadisələrdən sığortası ilə bağlı tender elanları yer almayıb. Xatırladaq ki, sözügedən sığorta növü icbaridir - şirkət və təşkilatlar öz işçilərini istehsalatda bədbəxt hadisələrdən məcburi sığorta etməlidirlər. Bununla yanaşı, ölkədə 10-a yaxın həyat sığortası şirkəti var və şirkətlər, o cümlədən dövlət qurumları onların arasında seçim edə bilərlər.

Hələliksə, noryabr ayında Mərkəzi Bank əsas vəsaitlərin sığortalanması üçün sığortaçı axtarır. Bunun üçün qalib şirkətə 250 miin manat sığorta haqqı ödəniləcəyi ehtimal edilir.

Eyni zamanda, "Dövlət Dəniz və Liman Agentliyi" əməkdaşları üçün könüllü tibbi sığorta xidmətləri üçün 127 760 manatlıq satınalma planlaşdırıb. 

Daha yüksək ehtimal olunan məbləğlərlə iş görən digər qurumlar arasında Dövlət Neft Fondu və "Səhiyyənin Təminat Mərkəzi" PHŞ var. Onlar müvafiq olaraq əməkdaşları üçün tibbi sığorta və əmlak sığortası xidmətləri üzrə 155 200 və 200 000 manatlıq müqavilələr bağlamağı planlaşdırır.

Ən iri həcmlərdə satınalma isə "Dövlət İmtahan Mərkəzi" tərəfindən həyata keçirilir ki, burada tibbi sığorta xidmətləri üçün 307 600 manat nəzərdə tutulub. 

Yeri gəlmişkən, işçilərin tibbi sığortası üzrə ən bahalı variantı Dövlət Neft Fondu axtarır. 160 işçinin sığortası üçün Dövlət Fondu 1500 min manat «bronlayıb» - bu hesabla hər işçinin sığortası 970 manata başa gələcək.

Müqayisə üçün götürəndə Dövlət Dəniz və Liman Agentliyi 268 nəfəri 128 min manata sığorta etməyi planlaşdırır  - hər işçi üçün təxminən 477 manat.

Dövlət İmtahan Mərkəzində məbləğlər daha aşağıdır – 350 nəfər + 450 nəfər də ail üzvünü nəzərə alanda 800 nəfərin sığortası üçün DİM 307 min manat ödəmək niyyətindədir – hər işçinin sığortası üçün təxminən 384 manat. 

Daha detallı aşağıdakı cədvəldə :

Satınalan təşkilatın adı

Satınalma predmeti

Dərc edilmə tarixi

Bitmə tarixi

Ehtimal olunan qiymət

Açıqlama

1

Mərkəzi Bank

Əsas vəsaitlərin sığortalanması xidməti

19.11.2024 15:59

10.12.2024 17:00

 

249.181,60 AZN

Daşınmaz əmlakın icbari və əlavə risklərdən sığortası, maşın və avadanlıqların sığortası, elektron cihaz və avadanlıq sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası xidmətləri satin alınacaq

2

"Dövlət Dəniz və Liman Agentliyi" PHŞ

Dövlәt Dәniz vә Liman Agentliyinin əməkdaşları üçün könüllü tibbi sığorta xidmətinin satın alınması

18.11.2024 09:57

06.12.2024 10:05

127.759,67 AZN

268 nəfər üçün könüllü tibbi sığorta xidməti satın alınacaq.  Sığorta məbləği hər bir şəxs üçün 10 000.00 manatdır

3

Dövlət Neft Fondu

Əməkdaşlar üçün könüllü tibbi sığorta xidmətlərinin satın alınması

15.11.2024 15:27

04.12.2024 18:00

 

155.200,00 AZN

160 nəfər üçün könüllü tibbi sığorta xidməti satın alınacaq.

4

"Səhiyyənin Təminat Mərkəzi" PHŞ

Mal material dəyərlərinin könüllü Əmlak sığortası növü üzrə sığortalanması xidmətinin satınalınması

14.11.2024 15:27

06.12.2024 12:00

200.000,00 AZN

-

5

"Dövlət İmtahan Mərkəzi" PHŞ

Könüllü tibbi sığorta xidmətinin satın alınması

06.11.2024 17:40

02.12.2024 12:00

 

307.600,00 AZN

350 işçi, 450 ailə üzvü (o cümlədən 30 nəfər 3 yaşa qədər uşaq) olmaqla 800 nəfər üçün könüllü tibbi sığorta xidməti satın alınacaq

Seçilən
16
fed.az

1Mənbələr