AZ

Polkovnikin oğlu ev dustaqlığına buraxıldı

Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin rəisi polkovnik Saleh Kələntərovun həbsdəki oğlu Rəşid Kələntərov ev dustaqlığına buraxılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi belə qərar qəbul edib.

Məhkəmə qərar qəbul edərkən müttəhimin istintaqdan yayınma fikrinin olmamasını və ziyanı ödəmək niyyətini əsaslı hesab edib.

Qeyd edək ki, hərbi hissələrdən birində zabit kimi işləyən Rəşid Kələntərovun atasının vəzifəsindən və mövqeyindən istifadə edərək hərbi qulluqçuların, əsgərlərin rüşvət müqabilində xidməti yerlərinin dəyişdirilməsinə yol verməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin təkrar rüşvətalma və qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq maddəsi ilə ittiham elan edilib.

Seçilən
46
30
sabah.az

10Mənbələr