AZ

Almaniya Sosial Demokrat Partiyası kansler vəzifəsinə Şoltsun namizədliyini irəli sürəcək

Almaniyanın hazırkı kansleri Olaf Şolts  2025-ci ilin əvvəlinə planlaşdırılan erkən seçkilərdə nın hökumət başçısı vəzifəsinə namizədi olacaq.

KONKRET.az xəbər verir ki, bu açıqlama ilə partiyanın sədri Lars Klinqbeyl çıxış edib. Bundan əvvəl, noyabrın 21-də Olaf Şoltsın partiyasının üzvü, müdafiə naziri Boris Pistorius Almaniya hökumətinin başçısı vəzifəsinə namizədliyini irəli sürməyəcəyini açıqlamışdı. Bu barədə məlumat  Almaniya Sosial Demokrat Partiyasının “X” sosial şəbəkə hesabında dərc olunub. Pistorius kansler vəzifəsinə namizədliyini irəli sürməmək barədə qəti qərar verdiyini bildirib.  O, bu mövqe uğrunda mübarizədə Şoltsu dəstəklədiyini bəyan edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
7
konkret.az

1Mənbələr