AZ

Onlayn nikah DƏBİ: “Bu adət-ənənələrimizin məhv olması deməkdir”

“Təbii ki, nəyin ki onlayn nikah, ənənəvi olan hər şey daha gözəldir. Bu da, öz növbəsində, keçmiş adət-ənənələrimizi, mental dəyərlərimizi qoruyub-saxlamağımızın bir sübutu hesab olunur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib.

Onun sözlərinə görə, hər şey onlayna çevrildikdə bu adətlər və mental dəyərlər itmiş olur:

“Məsələn, əvvəllər evimizə qonaq çox gəldiyi halda, son illərdə biz bunları görmürük. Artıq sosial medialar, “WhatsApp”dakı görüntülü danışıqlar bunları əvəz edib. Nikahda, həmçinin belə… Bizim nikah, toy üçün qədimdən gələn dəyərlərimiz var. Təbii ki, bu dəyərləri qoruyan adətlər mövcuddur. Nikahın onlayn şəkildə həyata keçirilməsi bu adət-ənənələrimizin məhv olması deməkdir”.

Psixoloq onlayn həyatın artıq adi bir hal olduğunu qeyd edib:

“Artıq onlayn həyat insanlar üçün adi bir halla çevrilib. Onlayn işlər, onlayn dərs, onlayn nikah və s. Getdikcə, hər şey əyanilikdən itir. Artıq əvvəlki illərə nisbətən bugünkü Azərbaycanda itmiş dəyərləri qaytarmaq çox çətindir. Bizim borcumuz bu dəyərləri qorumaq, bunlara sahib olmaqdır. Lakin biz bunun əksini edirik”ş

G. Orucova onlayn nikahın yalnız bir müsbət cəhətinin olduğunu qeyd edib:

“Onlayn nikahın müsbət tərəfinə gəldikdə isə yalnız burada bir şeyi müşahidə etmək olar. Bu isə vaxt qənaətidir. Lakin hesab edirəm ki, bu da, bir tərəfdən, sual altındadır. Biz nikahın insan həyatında yeni məsuliyyətə, yeni dəyişikliklərə, ailə anlayışına gətirib-çıxartdığını düşünsək, heç kəs bu xoşbəxt gününün onlayn, 5-6 dəqiqə keçməsini istəməz”.

Mayıl Soltanov

Seçilən
6
yenicag.az

1Mənbələr