Ukrayna prezidenti Vladimir Zelenski Filipp Kirkorov və Nikolay Baskovu Ukraynanın dövlət mükafatlarından məhrum edən fərman imzalayıb.
News24.az Söz.az-a istinadən xəbər verir ki, ümumilikdə siyahıya incəsənət, mədəniyyət xadimləri, siyasətçilər və idmançılar olmaqla 34 nəfər daxil edilib.
Siyahıya daxil olanlar arasında müğənnilər Taisiya Povaliy və Aleksandr Malinin, bəstəkar İqor Krutoy, skripkaçı və dirijor Vladimir Spivakov, futbol məşqçisi Anatoli Timoşçuk və başqaları da var.
Zelenski həmçinin aktivlərin bloklanması, lisenziyaların və icazələrin ləğvi, eləcə də ticarət əməliyyatlarının tam dayandırılması daxil olmaqla, on nəfərə qarşı maksimum sanksiyalar paketini tətbiq edib.
Qeyd edək ki, noyabrın 20-də Zelenski Ali Radanın Rusiyaya dəstək verdiyinə görə dövlət mükafatlarından məhrum edilməsi haqqında qəbul etdiyi qanunu imzalayıb.