AZ

Azərbaycana gətirilən avtomobillərin bir ədədi 3 min dollara yaxın bahalaşıb - Rəsmi

Cari ilin 10 ayında Azərbaycana 74 min 723 ədəd avtomobil idxal olunub.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda avtomobil idxalına çəkilən xərc 1 milyard 484 milyon 416 min 820 ABŞ dolları olub. İdxal olunan avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 min 483 ədəd azalıb. Ötən ilin müvafiq dövründə Azərbaycana 81 min 206 ədəd avtomobil idxal olunub.

Ölkəyə gətirilən avtomobillərin sayı azalsa da, ona çəkilən xərc artıb. Belə ki, bəhs olunan dövrdə avtomobil idxalına çəkilən xərc bu ötən ilin eyni dövrü ilə müqayisədə 110 milyon 393 min 630 ABŞ dolları az olub. Ötən il avtomobil idxalına çəkilən xərc 1 milyard 374 milyon 23 min 190 ABŞ dolları təşkil edib.

Bu il idxal olunan avtomobillərin bir ədədinin orta gömrük qiyməti 19 min 865 dollar olub ki, bu da ötən illə müqayisədə 2 min 945 dollar bahadır. Ötən il idxal olunan avtomobillərin bir ədədinin orta gömrük qiyməti 16 min 920 dollar idi.

Qeyd edək ki, xərclərin artmasının əsas səbəbi idxalda istehsal ili yeni olan hibrid və elekrik avtomobillərin sayının artmasıdır.

Əvəz Həsənov

Seçilən
12
46
valyuta.az

10Mənbələr