AZ

Qırğızıstanda kömür ixracına qadağa qoyulub » AzadMedia.az


Qırğızıstanın Nazirlər Kabineti Aİİ-nin gömrük ərazisindən kənara avtomobil nəqliyyatı ilə ölkədən kömür ixracına müvəqqəti qadağa qoyub.

Qətnaməyə əsasən, qadağa altı ay müddətinə tətbiq edilir. İstisna “İrkeştam-avtodrojnı” və “Toruqart-avtodrojnı” keçid məntəqələridir. Məhdudiyyət “Qırğızkömür” dövlət müəssisəsi 2701 və 2702 ТН ВЕД EAEU kodları ilə təsnif edilmiş kömürü avtomobil nəqliyyatı ilə KR-nin dövlət sərhədinin buraxılış məntəqələrindən ixrac edərkən tətbiq edilmir.

Bundan əvvəl bildirilmişdi ki, ölkə Qırğızıstan Respublikası vətəndaşlarının sağlamlığını saxta, sertifikatı olmayan siqaretlərin istehlakından qorumaq məqsədilə siqaretlərin idxalına müvəqqəti qadağa tətbiq edib. Həmçinin qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi və dövlət büdcəsinə vergi daxilolmalarının proqnoz göstəricilərinin yerinə yetirilməsi üçün bu addım əsaskandırılır.

Bu ilin avqustunda ölkədən Avrasiya İqtisadi İttifaqının gömrük ərazisinə qırıntıların və qara metal tullantılarının ixracına qoyulan müvəqqəti qadağanın müddəti uzadılıb.
Seçilən
7
1
azadmedia.az

2Mənbələr