AZ

Quba-Xaçmaz və Qarabağ iqtisadi rayonları iaşə dövriyyəsinin artımında liderlik edir

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda iaşə dövriyyəsinin dəyəri 1,668 milyard manat təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ən böyük illik artım Quba-Xaçmaz və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb. Belə ki, Quba-Xaçmaz iqtisadi rayonunda iaşə dövriyyəsi 51,7 milyon manat olmaqla ötən ilin 9 ayı ilə müqayisədə 14,6 faiz böyüyüb. Qarabağ iqtisadi rayonunda bu göstəricilər müvafiq olaraq 40,1 milyon manat və 13,9 faiz olub.

İqtisadi rayonlar üzrə iaşə dövriyyəsi:

- Bakı şəhəri – 1,1 milyard manat (+10,1 faiz)

- Naxçıvan Muxtar Respublikası – 37,16 milyon manat (+ 0,8 faiz)

- Abşeron-Xızı iqtisadi rayonu – 61,87 milyon manat (+10 faiz)

- Dağlıq Şirvan iqtisadi rayonu – 23,89 milyon manat (+9,3 faiz)

- Gəncə-Daşkəsən iqtisadi rayonu – 55,67 milyon manat (+8,6 faiz)

- Qarabağ iqtisadi rayonu – 40,1 milyon manat (+13,9 faiz)

- Qazax-Tovuz iqtisadi rayonu – 29,2 milyon manat (+7,7 faiz)

- Quba-Xaçmaz iqtisadi rayonu – 51,7 milyon manat (+14,6 faiz)

- Lənkəran-Astara iqtisadi rayonu – 53,15 milyon manat (+8,8 faiz)

- Mərkəzi Aran iqtisadi rayonu – 60,58 milyon manat (+8,8 faiz)

- Mil-Muğan iqtisadi rayonu – 19,2 milyon manat (+4,2 faiz)

- Şəki-Zaqatala iqtisadi rayonu – 50,14 milyon manat (+9,5 faiz)

- Şərqi Zəngəzur iqtisadi rayonu – 2,99 milyon manat (-)

- Şirvan-Salyan iqtisadi rayonu – 36,27 milyon manat (+7,5 faiz)

Seçilən
38
1
vergiler.az

2Mənbələr