AZ

Peskov: “Miqrantlara ehtiyacımız var”

“Rusiya Federasiyasının əmək miqrantlarına ehtiyacı var”.

Bizim.Media xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dimitri Peskov “ria novosti”yə açıqlamasında bildirib. 
 

“Miqrantların olması zəruridir. Fakt budur ki, bizdə çox gərgin demoqrafik vəziyyət var. Biz dünyanın ən böyük ölkəsində yaşayırıq, lakin əhalimiz azdır. Dinamik inkişaf etməyimiz və bütün inkişaf planlarını həyata keçirməyimiz üçün əlbəttə ki, işçilərə ehtiyacımız var. Biz onları ancaq alqışlayırıq”, - Kremlin mətbuat katibi bildirib.


Peskovun sözlərinə görə, ölkəyə gələn qeyri-qanuni miqrantlar Rusiya üçün problem yaradır:

“Onlar bütün növ cinayətlərin, o cümlədən dini ekstremizmin yayılması üçün risklər yaradırlar”.

Qeyd edək ki, son dövrlərdə Rusiyada qeyri-qanuni miqrantlara qarşı tədbirlər daha da sərtləşdirilib. Son olaraq, Rusiya Daxili İşlər Nazirliyi əcnəbilər tərəfindən yaşayış icazəsi almaq üçün bağlanmış nikahları ləğv edəcəyini bildirib.

Bizim.Media

Seçilən
14
5
bizim.media

6Mənbələr