AZ

Viktor Orban haqqında həbs qərarı çıxarılan Netanyahunu Macarıstana səfərə dəvət etdi

Macarıstanın baş naziri Viktor Orban Qəzzada İsrail baş naziri Netanyahunu dəstəkləyib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına məhəl qoymayan Orban Netanyahunu ölkəsinə dəvət edəcəyini bildirib.
 
BCM elan edib ki, ittihamlar arasında qətl, qəddarlıq və digər qeyri-insani hərəkətlər var. 
 
 
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın Qəzzada hərbi cinayət törətdikləri səbəbi ilə həbs qərarı verib.

Mikayıl
Seçilən
8
azxeber.com

1Mənbələr