AZ

İsveç Ukraynaya 2,25 milyard dollar ayıracaq

İsveç hökuməti 2025 və 2026-cı illərdə Kiyevə hərbi dəstək üçün 25 milyard kron (2,25 milyard dollar) ayırmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bunu Krallığın müdafiə naziri Pol Conson ukraynalı həmkarı Rustem Umerovla danışıqlardan sonra mətbuat konfransında bildirib. O, qeyd edib ki, bundan əlavə, Nazirlər Kabineti Ukrayna hərbi sənaye kompleksinə uzaqmənzilli raketlərin və PUA-ların kütləvi istehsalı üçün vəsait ayırmağa hazırdır.

Conson əlavə edib ki, yeni paketin təfərrüatları yanvar ayında açıqlanacaq.

Hökumətin məlumatına görə, 2022-ci ilin fevralından İsveç Ukraynaya yardım üçün 57,4 milyard kron ayırıb ki, bunun da 48,4 milyard kronu hərbi dəstəkdir (müvafiq olaraq 4,99 və 4,20 milyard avro).

Seçilən
19
2
ucnoqta.az

3Mənbələr