Almaniya hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalant haqqında verdiyi həbs qərarı ilə bağlı açıqlama verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya hökumət sözçüsü Steffen Hebestreit açıqlama verib.
\"Ətraflı təfərrüatlar yalnız Netanyahu və Qallantın Almaniyaya səfəri ərəfəsində əldə ediləcək\" deyə o açıqlamasında qeyd edib.
Hökumət sözçüsü Almaniyanın addımlarını diqqətlə araşdıracaqlarını bildirib.
Onu da qeyd edək ki, Hebestreit Almaniyanın ICC-nin ən böyük dəstəkçilərindən biri olduğunu bildirib.
Mikayıl