Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.

İndex.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Fırat Qalxanı və Zeytun budağı bölgələrində keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının 5 üzvü öldürülüb.

Vurğulanıb ki, terrorçulara qarşı mübarizə davam edəcək.